Qərb mediasında Almaniyanın "Rheinmetall" silah konserninin rəhbəri Armin Pappergerə sui-qəsd cəhdi ilə bağlı yayılan xəbərlərdə heç bir əsaslandırma yoxdur və yalan məlumata bənzəyir.
Qaziler.az bildirir ki, bu bəyanatla iyulun 12-də Kreml rəsmisi Dmitri Peskov çıxış edib.
Brifinq zamanı o qeyd edib ki, jurnalistlərin əsaslandırma ilə təsdiqlənməyən və anonim mənbələrə əsaslanan məlumatlarına münasibət bildirmək çətindir.
"Bütün bunlar adi saxtakarlıq üslubunda təqdim olunur, ona görə də belə məlumatları ciddi qəbul etmək olmaz", - Peskov vurğulayıb.
QAZİLER.AZ