Yeni Zelandiyanın Oklend hava limanında havaya qalxan zaman təyyarənin təcili çıxış qapısını açıb yerə tullanan şəxs yaxalanıb.
Qaziler.az bildirir ki, Stuff News-un xəbərinə görə, Oklend hava limanında baş verən hadisə ilə bağlı polis səlahiyyətliləri açıqlama verib.
Açıqlamada bir sərnişinin təyyarənin qalxması zamanı təcili çıxış qapısını açıb yerə tullandığı zaman yaralandığı bildirilib.
Sözügedən hərəkəti polisdən qaçmaq üçün etdiyi ehtimal edilən 28 yaşlı gəncin polis tərəfindən yaxalandığı qeyd edilib.
QAZİLER.AZ