Kamçatka ərazisində 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Kamçatka ərazisində 5,5 bal gücündə zəlzələ qeydə alınıb backend

İyulun 12-də Kamçatka ərazisində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 04:53-də qeydə alınıb. Zəlzələnin episentrinin Kamçatkanın Nikolskoye kəndindən 134 km aralıda olduğu dəqiqləşdirilir. Onun ocağının dərinliyi 48 km idi.

Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora