“Dünya silah bazarında rəqabət nəzərə çarpacaq dərəcədə kəskinləşib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentiVladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, Rusiya şirkətləri Qərbin qəddar rəqabəti ilə üz-üzə qalıb: “Bu sahə həmişə kifayət qədər rəqabətli olub və belə də qalacaq. Bunu bizim müdafiə şirkətlərimiz bu il hiss ediblər. Onlar bu il qərb ölkələrinin qəddar rəqabəti ilə üzləşiblər. Siyasi motivli sanksiyalar çərçivəsində işləmək ikiqat çətindir”.
Bununla yanaşı Putin yaranmış vəziyyətin unikal olmadığını vurğulayıb.