Bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın paytaxtında keçirilən NATO-nun 75-ci Sammitində bəyan edib.
Qaziler.az-ın xarici mətbuata istinadən xəbərinə görə, baş katib NATO-nun müttəfiqlər kimi Ukraynanın Rusiyaya qalib gəlməsi üçün vacib "məhək daşı"na çevrildiyini və “lazımi təməllər qoyulduğunu” deyib.
NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO dövlət və hökumət başçıları sammitinin sonuncu günü mətbuat konfransı keçirib.
Ukraynaya hərbi dəstək verilməsində gecikmələrə görə çətin bir qış və yaz dövrü keçirdiyini ifadə edən Stoltenberq, "Ancaq bunun bir daha baş verməsinə icazə verməyəcəyik. Biz bu zirvədə məhək daşına dönürük və Ukraynanın qalib gəlməsi üçün lazımi təməlləri qoyuruq".
Yens Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya hərbi yardım, təlim və maliyyə dəstəyi, o cümlədən kritik hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəliklər götürdüklərini təkrarladı və dedi: “Bu gün biz Moskvaya zorakılıq və hədə-qorxu gəlməyinin nəticə verməyəcəyini və Ukraynanın indi və uzunmüddətli perspektivdə NATO-ya arxalana biləcəyi haqda mesajını veririk".
QAZİLER.AZ