Estoniya Ermənistanın "Urartu" komandasında olan 4 rusiyalı futbolçuya viza verməkdən imtina edib. Klub Konfrans Liqasının seçmə mərhələsi çərçivəsində yerli "Kalev"lə oyuna gəlib.
Qaziler.az bildirir ki, bu barədə “Sport Express”xəbər verir.
Estoniyada qalmaqal yaşanıb: Ermənistan klubunun Konfrans Liqasının seçmə mərhələsi çərçivəsində yerli “Kalev”lə oyunu üçün gəldiyi 4 rusiyalı "Urartu" futbolçusu ölkəyə buraxılmayıb. Bu barədə "Urartu" yığmasının baş məşqçisi Dmitri Qunko məlumat verib.
“Komandamızda Rusiya təmsilçiləri var. Onlar, klub və biz hamımız son ana qədər ölkəyə daxil olmaq üçün icazə veriləcəyini gözləyirdik. Hazırda belə bir icazə yoxdur, ona görə də bir nəfər də olsun oyunda iştirak etməyəcək”, - deyə Günko mətbuat konfransında bildirib.
Bu cümə axşamı Ermənistanın "Urartu" komandası Konfrans Liqasının birinci təsnifat mərhələsində Estoniyanın “Kalev” komandası ilə səfər matçı keçirməli idi. Lakin rusiyalı futbolçular Estoniyaya daxil olmaq üçün viza almayıblar.
"Urartu"da Rusiyadan olan altı futbolçu var: qapıçı Aleksandr Melixov, müdafiəçi Aleksandr Putsko, yarımmüdafiəçilər Oleq Polyakov və Anton Kilin, hücumçular Leon Sabua və İvan İqnatyev. Onlardan ikisi zədə səbəbindən, dördü isə viza ala bilmədiyi üçün avrokubok oyununu buraxacaq.
QAZİLER.AZ