İsrailin baş naziri Benyamin Netanyahu, zaman alsa belə, Qəzza zolağına "bütün məqsədlərinə çatana qədər" hücumlarını davam etdirəcəklərini bildirib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İsrail ordusundakı kursantların məzuniyyət mərasimində çıxış edən Netanyahu Qəzzaya hücumlar və əsir mübadiləsi danışıqları ilə bağlı fikirlərini bildirib.
Netanyahu, Qəzzaya hücumların nə qədər davam edəcəyi ilə bağlı sualların olduğunu, lakin "zaman alsa belə, qələbə qazanana qədər" bu hücumları davam etdirəcəklərini bildirib.
Qəzzada əsir mübadiləsinin tərəfdarı olduğunu deyən Netanyahu, HƏMAS-ın "İsraili təhlükə altına salacaq" tələblərdə israrlı olduğunu bildirib.
QAZİLER.AZ