ABŞ Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə vermədi

ABŞ Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə vermədi backend

Amerika Birləşmiş Ştatları Rusiya ərazisinə ATACMS raketləri ilə hücumlarla bağlı mövqeyini dəyişməyib. Ukrayna üçün qadağa tətbiq olunmağa davam edir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Sallivanın sözlərinə görə, ABŞ hələ də Ukraynaya Rusiyaya qarşı güclü zərbələr üçün ATACMS-dən istifadə etməyə icazə verməyib.

“Bizim siyasətimiz dəyişməyib”, - o əlavə edib.


Xatırladaq ki, ABŞ artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün öz silahlarından istifadə etməyə icazə verib, ancaq sərhəd zonası daxilində.

Bir neçə gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Vaşinqtondakı Ukrayna nümayəndə heyəti Rusiya aerodromlarına zərbələr endirmək üçün ABŞ-dan icazə istəyəcək.

QAZİLER.AZ

Diaspora