Slovakiya Ukraynanın NATO-ya daxil olmasının qəti əleyhinədir.
Qaziler.az bildirir ki, bu barədə respublikanın baş naziri Robert Fitso iyulun 11-də Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammiti çərçivəsində məlumat verib.
“Əgər başqalarının istədiyini və dövlətimizin maraqları ilə kəskin ziddiyyət təşkil edən məsələləri tutuquşu kimi təkrarlamaq lazımdırsa, onda əvvəlcədən deyirəm ki, Avropa Parlamentinin üzvləri bu fikir ayrılıqlarına görə hər hansı ittifaqlardan kənarda qalmağa üstünlük verəcəklər”. Onun bəyanatının videosunu Reuters yayıb.
Fitso qeyd edib ki, onun partiyadaşları Avropa Parlamentində çoxluğun fikirlərini bölüşmür. Slovakiyanın baş naziri aydınlıq gətirib ki, o, Ukrayna münaqişəsi ilə bağlı fərqli fikirdə olan digər partiyalardan asılı olmamağa üstünlük verəcək.
QAZİLER.AZ