Moldovada iyulun 11-də Kişinyovdan Kiyevə gedən müntəzəm avtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə NewsMaker xəbər verir.
Məlumata görə, qəza ölkənin şimalında, Rışkanski bölgəsində baş verib.
Polisin məlumatına görə, “Renault” markalı minik avtomobilinin sürücüsü magistralda ayırıcı xəttdən keçərək dönmə etməyə çalışıb. Bu manevr zamanı avtobus ona çırpılıb.
Qəza nəticəsində avtomobilin 74 yaşlı sürücüsü və həyat yoldaşı hadisə yerində dünyasını dəyişib.
Avtobus sərnişinlərinin vəziyyəti hələlik məlum deyil.
QAZİLER.AZ