“Apple” 98 ölkədə “iPhone” istifadəçilərinə təhlükə barədə bildirişlər göndərərək, onların casus proqramların qurbanı ola biləcəkləri barədə xəbərdarlıq edib.
Qaziler.az bu barədə UNİAN-a istinadla məlumat verir.
"Apple, Apple ID-nizlə əlaqəli "iPhone"u uzaqdan pozmağa çalışan casus proqram hücumunun qurbanı olduğunuzu aşkar etdi. Bu hücum, ehtimal ki, kim olduğunuza və nə etdiyinizə görə sizi hədəfləyir", - müştərilərə göndərilən bildirişdə qeyd edilib.
Şirkət hücumların arxasında kimin dayandığına dair təfərrüata varmayıb, həmçinin bu casus müdaxilələrin mümkün olduğu konkret ölkələri və dəqiq nə olduğunu açıqlamayıb. Şirkət xəbərdarlığı mümkün qədər ciddi qəbul etməyi xahiş edib.
QAZİLER.AZ