Fransada ölkənin milli irs abidələrindən sayılan Ruan kilsəsində yanğın baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Şəhərin meri Nikolas Mayer-Rossinol bildirib ki, yanğın nəticəsində kilsənin şilləsi zədələnib.
“Hazırda yanğının səbəbi məlum deyil, hökumətin bütün resursları səfərbər edilib”, - o bildirib.
Ruan kilsəsi Rouen şəhərinin şimalındakı qotik katolik kilsəsidir. Katedral 19-cu əsrdə fransız impressionist rəssamı Klod Mone tərəfindən dəfələrlə rəsm əsərlərində çəkilib.
QAZİLER.AZ