“Seul silahları vermək istəmədiyi təqdirdə Ukrayna Cənubi Koreyaya hava hücumundan müdafiə sistemlərinə görə minnətdar olacaq”.
Qaziler.az xəbər verir ki, bunu Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenko “Nikkei Asia” nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, Kiyev Cənubi Koreya tərəfi ilə hələ də təcili ehtiyacı olan silahların tədarükü ilə bağlı danışıqlar aparır.
Əgər Cənubi Koreyanın hakimiyyət orqanları hələ də hücum silahları verməyə hazır deyilsə, biz hava hücumundan müdafiə sistemlərini almaqdan məmnun olarıq”, - diplomat bildirib.
Ponomarenko danışıqlar prosesi haqqında açıqlama verməkdən imtina edib, çünki bu, onun nəticəsinə təsir edə bilər. Lakin Ukrayna səfiri qeyd edib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini xeyli üstələyir və Kiyev yüksək texnologiyalı silahlar sahəsində “texniki üstünlük əldə etmək” istəyir.
QAZİLER.AZ