İsveç “F-16” təchizatı proqramı qüvvədə olduğu müddətdə Ukraynaya “JAS 39 Gripen” qırıcıları verməyəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Tobias Billström bildirib. Onun sözlərinə görə, bu qərar Ukrayna tərəfi ilə razılaşdırılıb.
“Ukrayna iki qırıcı sistemini həm “F-16”, həm də “Gripen”i eyni vaxtda uçurmağın həddən artıq çox olduğu qənaətinə gəldiyi üçün bu qərar verildi”, - Billström bildirib.
Eyni zamanda, İsveç hərbi idarəsinin rəisi bu qərarın gələcəkdə mümkünsüz olmadığını aydınlaşdırmağa çalışıb. Krallıq F-16 tədarükü proqramları tamamlandıqdan sonra “Gripen”in Kiyevə təhvil verilmə imkanını nəzərdən keçirməyə hazır olacaq.
QAZİLER.AZ