Pekin Yaponiya hərbi gəmisinin respublikanın Tayvan yaxınlığındakı ərazi sularına daxil olması ilə bağlı Tokioya “ciddi narahatlıq” bildirib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Departament qeyd edib ki, ölkənin qanunvericiliyə uyğun olaraq, qanunları pozanlara qarşı hərəkət etmək hüququ var. Çünki Tokio Pekinə ərazi sularına daxil olması barədə xəbərdar etməyib.
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus “Suzutsuki” esminesi iyulun 4-də Zheqiang əyalətinin sahillərində görüntülənib. Çin bölgədə dəniz təlimləri keçirəcəyini açıqlayıb. Gəmi Çin gəmilərinin xəbərdarlıqlarına baxmayaraq, təxminən 20 dəqiqə Zhejiang sahillərindən 12 dəniz mili (22 km) kənarda dayanıb.
Yaponiya Müdafiə Nazirliyi Suzutsukinin kapitanını dindirmək üçün araşdırmaya başlayıb.
QAZİLER.AZ