NATO ilkin məqsədlərindən uzaqlaşıb və getdikcə daha çox hərbiləşən bir təşkilata çevrilir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, bunun bir əlaməti alyansın Ukrayna münaqişəsində artan roludur.
“Bizim fikrimizcə, bu, təhlükəli və hətta məsuliyyətsizlikdir, çünki heç kim bunun necə bitəcəyini və hara aparacağını görmür”, - Orban deyib.
QAZİLER.AZ