“Sony” smartfonlar bazarını tərk etməyəcək - YEKUN QƏRAR

“Sony” smartfonlar bazarını tərk etməyəcək - YEKUN QƏRAR backend

“Sony” nümayəndələri dəfələrlə şirkətin smartfonlar bazarını tərk edib-etməyəcəyi ilə bağlı ziddiyyətli fikirlər səsləndiriblər.

“Sony” nümayəndələri dəfələrlə şirkətin smartfonlar bazarını tərk edib-etməyəcəyi ilə bağlı ziddiyyətli fikirlər səsləndiriblər.

İKT.lent.az-ın "DailyComm”a istinadən xəbərinə görə, bu məsələdə nöqtəni Tayvanda fəaliyyət göstərən “Sony Mobile” bölməsinin rəhbəri Conatan Lin qoyub.

Onun sözlərinə görə, “Sony” gələcəkdə də smartfonlar buraxmaq niyyətindədir, şirkətin bazarı tərk etməyə hazır olması ilə bağlı yayılan şayiələr isə həqiqətəuyğun deyil. Əksinə, şirkət smartfonların displeyini, kamera və batareyalarını yaxşılaşdırmağı planlaşdıraraq istehlakçıya onlarla işləməkdən zövq almağı təklif edir.

“Sony Mobile” smartfonlar bazarını ekranları yaxşılaşdırılan, kameraları təkmilləşdirilən və ən yeni enerjiyə qənaətcil texnologiyalarla təchiz edilən smartfonlarla təmin edəcək”, - o qeyd edib.

C.Lin həmçinin vurğulayıb ki, “Sony Mobile” satışın stimullaşdırılması üçün daha çox marketinq resursları cəlb etməyi planlaşdıraraq Tayvanın “Android” sistemli smartfonlar bazarında 30 faizlik paya sahib olmaq niyyətindədir.
Diaspora