Amerikalı aktyor Corc Kluni “The New York Times” üçün köşə yazısında ABŞ prezidenti Co Baydeni prezidentlik yarışında iştirakdan imtina etməyə çağırıb.
O qeyd edib ki, Bayden əvvəlki formadan uzaqdır.
“Üç həftə əvvəl xeyriyyə tədbirində birlikdə olduğum Co Bayden 2010-cu ildəki Co Bayden deyil. O, hətta 2020-ci ilin Co Baydeni də deyildi”, - Corc Kluni qeyd edib.
Onun sözlərinə görə, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampla debatda olub. Aktyor qeyd edib ki, Bayden zamana qarşı mübarizədə qalib gələ bilməz.
Qeyd edilib ki, bundan əvvəl yazıçı Stiven Kinq sosial şəbəkədəki səhifəsində Co Baydeni prezidentlik yarışında iştirakdan imtina etməyə çağırıb. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman da Baydenə eyni müraciəti edib.
QAZİLER.AZ