Vaşinqton NATO-nun hərbi sənaye kompleksində Rusiyadan geri qalmasına imkan verə bilməz.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası hərbi-sənaye kompleksini “hərbi bazaya” keçirib. ABŞ rəhbəri, həmçinin alyansın sammitində Çin, Şimali Koreya və İranı Rusiyanın hərbi sənaye kompleksinə kömək etməkdə ittiham edib.
“Rusiya müdafiə istehsalı baxımından hərbi bazaya keçib. Onlar silah, sursat və texnikanın istehsalını əhəmiyyətli dərəcədə artırırlar”, - Bayden Vaşinqtonda mətbuat konfransında deyib.
QAZİLER.AZ