Rusiya Daxili İşlər Nazirliyi ukraynalı milyarder və “PrivatBank”ın keçmiş səhmdarı Qennadi Boqolyubovu axtarışa verib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Nazirliyin məlumat bazasında həmin şəxsin cinayət maddəsi ilə axtarışda olduğu, lakin hansı maddə ilə axtarıldığı açıqlanmır.
Üç gün əvvəl Ukrayna mətbuatı Boqolyubovun qanunsuz yolla Ukraynanı tərk edərək Polşaya getdiyi haqda məlumat paylaşıb.
QAZİLER.AZ