ABŞ 2026-cı ildə Almaniyada uzaqmənzilli silahlarını yerləşdirməyə başlamağı planlaşdırır.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Ağ Evin saytında yer alan Vaşinqton və Berlinin birgə bəyanatına görə, Almaniyada digərləri ilə yanaşı hipersəs raketləri də yerləşdiriləcək.
Birləşmiş Ştatlar bu imkanların gələcəkdə daimi yerləşdirilməsi planının bir hissəsi olaraq 2026-cı ildə öz işçi qrupunun uzunmənzilli silah imkanlarını Almaniyaya yerləşdirməyə başlayacaq, - materialda qeyd edilib.
Açıqlamada dəqiqləşdirilir ki, yerləşdirilməsi planlaşdırılan silahlar arasında SM-6, "Tomahawk" raketləri, eləcə də hazırda hazırlanmaqda olan hipersəsli silahlar yer alacaq. Vurğulanır ki, bu imkanların tətbiqi ABŞ-ın NATO-ya sadiqliyini və Avropanın təhlükəsizliyinə töhfəsini nümayiş etdirəcək.
QAZİLER.AZ