NATO-ya üzv ölkələr Rusiya ilə münasibət saxlamaq istəyirlər.
Qaziler.az bildirir ki, bu haqda “Reuters” sammitin kommünike qeydinə istinadən yazır. Portalın məlumatına görə, bu yolla alyans Rusiya ilə münaqişə risklərinin azaldılmasını gözləyir.
“NATO sammitinin iştirakçıları Ukraynada münaqişənin genişlənməsinin qarşısını almaq və riskləri azaltmaq üçün Moskva ilə hərbi əlaqaləri açıq saxlamaq niyyətlərini bəyan etmək istəyirlər”, - məlumatda deyilir.
Qeyd edək ki, Vaşinqtonda iyulun 9-dan 11-dək NATO-nun Ukrayna üzrə sammiti keçiriləcək. Tədbirin gündəliyinə isə üç böyük məsələ daxildir.
QAZİLER.AZ