Belçika Ukraynaya göndəriləcək "F-16"larla bağlı qərar verdi

Belçika Ukraynaya göndəriləcək "F-16"larla bağlı qərar verdi backend

Belçika Ukraynanın “F-16” qırıcılarından ölkə hüdudlarından kənarda istifadəsinə icazə vermir.

Qaziler.az bildirir ki, alyansın mətbuat xidmətinin verdiyi məlumata görə, bu haqda krallığın baş naziri vəzifəsini icra edən Aleksandr De Kroo NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində deyib. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təyyarəni bu yay almalıdır.

“Hazırkı məhdudiyyətlərimiz “F-16”larımızdan Ukrayna ərazisi üzərində istifadə etməkdir”, - Belçikanın Baş naziri deyib.

Öz növbəsində Norveçin baş naziri Yonas Qar Stör bildirib ki, Ukrayna onun ölkəsindən 6 ədəd “F-16” qırıcısı alacaq və bu yardımlar pulsuz həyata keçiriləcək. O əlavə edib ki, təyyarənin təhvil verilməsi prosesinə 2024-cü ildə başlanmalıdır.

QAZİLER.AZ

Diaspora