Honq-Konq və Çin sərhədində şalvarının cibində yüzlərlə canlı ilan olan bir kişi tutulub.
Qaziler.az bildirir ki, bu barədə Channel News Asia (CNA) məlumat yayıb.
Sərnişin iyulun 9-da Şençjen gömrükçülərinin diqqətini çəkib. Axtarış zamanı onun şalvarının cibində müxtəlif formalı, ölçülü və rəngli canlı sürünənlər olan 6 ədəd polietilen paketi gizlətdiyi məlum olub.
Ümumilikdə gömrükçülər qaçaqmalçıdan 104 ilani götürüblər.
İdarədən qanun pozucunun hansı cəzaya məruz qalacağı barədə məlumat verilməyib.
QAZİLER.AZ