İtaliya 2025-ci ildə Ukraynaya hərbi yardımı 1,7 milyard avroya çatdıracaq. Bu öhdəliyi İtaliyanın baş naziri Giorgia Meloni NATO-nun hazırda Vaşinqtonda keçirilən sammitində qəbul edəcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Corriere della Sera” nəşri xəbər verir.
Nəşr qeyd edir ki, bu, NATO-nun müzakirə etdiyi Ukraynaya 40 milyard dollarlıq yardımdan İtaliyanın payıdır. Yardımların yarısı ABŞ-dan, digər 20 milyard avro isə Şimali Atlantika Alyansının Avropa ölkələrindən gələcək.
2022-ci ildə Roma hər il Ukraynaya təxminən 1,2 milyard avro hərbi yardım köçürəcəyini vəd edib.
QAZİLER.AZ