NATO “Stinger” zenit-raket komplekslərinin alınması üçün müqavilə imzalayıb.
APA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da keçirilən sammit çərçivəsində hərbi sənaye forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müqavilənin dəyəri 700 milyon dollardır.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
