ABŞ Ukraynaya Rusiya ərazisindəki aerodromlara zərbə endirməyə icazə verəcəkmi?

ABŞ Ukraynaya Rusiya ərazisindəki aerodromlara zərbə endirməyə icazə verəcəkmi? backend

Ukrayna Vaşinqtonda Rusiya ərazisindəki hərbi aerodromlara Amerikanın uzaqmənzilli silahlarından atəş açmaq üçün ABŞ-dan icazə almağa çalışır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telemarafon zamanı xarici işlər naziri Dmitri Kulebaya istinadən məlumat verib.

“Biz birbaşa NATO-dan asılı olmayan, lakin ABŞ-dan asılı olan başqa bir həll üzərində işləyəcəyik və bu, Amerika rəsmiləri və digər ən yaxın tərəfdaşlarımızla təmaslarda müzakirə olunacaq”, - deyə Kuleba bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya ərazisindəki hərbi aerodromlarda ABŞ-ın uzaqmənzilli silahlarından istifadəyə icazə verilməsindən gedir.

“Orada bu və ya digər şəkildə Ukraynaya bomba və raket hücumlarında iştirak edən bütün hərbi obyektləri amansızcasına məhv etmək lazımdır”, - nazir qeyd edib.

QAZİLER.AZ

 

Diaspora