Nyu-Yorkda körpü istidən "əridi": Tarixi keçid bağlandı - VİDEO

Nyu-Yorkda körpü istidən "əridi": Tarixi keçid bağlandı - VİDEO backend

ABŞ-nin Nyu-York şəhərində Bronks və Manhetteni bir-birinə bağlayan Harlem çayı üzərindəki açılıb-bağlanan körpü kilidlənib. Buna səbəb havaların həddindən artıq isinməsidir.

Mütəxəssislərin sözlərinə görə, polad elementlər isti səbəbindən genişlənib və mexanizm açıq vəziyyətdə sıxılıb.

Körpü nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Bununla bağlı yayılan kadrlarda yanğınsöndürən qayıqların poladı soyutmaq məqsədilə çaydan körpüyə su püskürtdüyü görünür.

Qeyd olunur ki, 1898-ci ildə açılıb-bağlanan konstruksiyada inşa edilən körpü nəqliyyat vasitələrinin tək zolaqla hərəkəti üçün istifadə olunur.

Diaspora