İranın yeni prezidenti Putinlə görüşməyə can atır

İranın yeni prezidenti Putinlə görüşməyə can atır backend

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında bildirib ki, Tehran oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır.

Qaziler.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

İyulun 8-də axşam saatlarında Putinlə baş tutan söhbət zamanı Pezeşkian qeyd edib ki, müvafiq sazişin imzalanması üçün sənədlər artıq hazırdır.

Agentlik iranlı siyasətçinin sözlərini sitat gətirir: “Biz dost və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”.

QAZİLER.AZ

Diaspora