İsveç NATO-da komandanlıq təyin etdi

İsveç NATO-da komandanlıq təyin etdi backend

İsveç NATO-nun Amerikanın Norfolk şəhərindəki qərargahına tabe olacaq, lakin İsveçin Qotland adası Hollandiyanın Brunsum şəhərində alyansın komandanlığı altında ola bilər.

Qaziler.az “Qazeta.ru”ya istinadla bildirir ki, bunu SVT telekanalına müsahibəsində İsveçin müdafiə naziri Pol Conson deyib.

Onun sözlərinə görə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti İsveç və digər şimal ölkələrinin Şimali Amerikada bir komandanlıq altında olacağını təsdiq edəcək.

Kanalın məlumatına görə, belə bir təklif var ki, Baltik dənizindəki strateji əhəmiyyətli adalar - Qotland, Finlandiya Aland və Danimarka Bornholm Brunsumdakı qərargaha, bu ölkələrin materik hissəsi isə Norfolkdakı qərargaha tabe olsun.

Jonson vurğulayıb ki, bu məsələ siyasi məntiqə deyil, hərbiyə əsaslanmalıdır.

QAZİLER.AZ

Diaspora