İsveçrə dörd Rusiya KİV-inə reklam qadağası qoyub.
Qaziler.az xəbər verir ki, bu barədə hökumətin saytındakı rəsmi məlumatda qeyd edilib.
Qadağanın tətbiq edildiyi portallar isə “RİA Novosti”, “Rossiyskaya qazeta”, “İzvestiya” və “Avropanın səsi”dir.
"İsveçrənin İqtisadiyyat, Təhsil və Elm Nazirliyi Rusiyanın təbliğat və dezinformasiya kampaniyaları ilə əlaqədar dörd KİV-ə reklam qadağası qoyub", - məlumatda deyilir.
İsveçrə rəsmiləri vurğulayıblar ki, Avropa İttifaqından (Aİ) fərqli olaraq, ölkədə adıçəkilən medianın yayımına qadağa qoyulmur.
QAZİLER.AZ