Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış Hindistan vətəndaşları Rusiyada vaxtından əvvəl xidmətdən qovulacaqlar.
Qaziler.az xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, bu məsələni Hindistanın baş naziri Narendra Modi Rusiya lideri Vladimir Putinlə söhbətində qaldırıb. Məlumatın rəsmi təsdiqi yoxdur.
“Rusiya ordusunda xidmət edən bütün hindliləri işdən çıxarmağa və onların geri qayıtmasını asanlaşdırmağa razılaşıb”, - xəbərdə vurğulanıb.
QAZİLER.AZ