QAZİLƏR saytı Ukraynanın 24 tv.ua saytına istinadən xəbər verir ki, bu gün təxminən günorta saat 13:00 radələrində Ukraynanın Xarkov şəhərində da İdman Zalının qarşısında partlayış olub. Partlayış zamanı 2 nəfər ölüb, xeyli yaralı var.
Hadisə ölkənin vahidliyinə dəstək mitinqində baş verib. 24 tv.ua saytı xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.Hadisə zamanı insan axını Maydan hərəkatı təşkilatçılarının xatirəsini yad etmək üçün Ukrayna şairi Taras Şevçenkonun abidəsi qarşısına gedirmişlər. Şahidlər bildirir ki, məhz bu zaman partlayış naməlum şəxsin avtomobildən aksiya iştirakçıları tərəfə tulladığı əl qumbarasının partlaması nəticəsində baş verib.