ABŞ iki rusiyalıya qarşı sanksiyaları ləğv edib

ABŞ iki rusiyalıya qarşı sanksiyaları ləğv edib backend

ABŞ Rusiyaya qarşı sanksiya siyahısından iki şəxsi çıxarıb. Bunlar Aleksey Panferov və Marina Tsarevadır.

Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Sovkombank” ilə əlaqəli olduğu iddia edilən rusiyalı Aleksey Panferov 2022-ci ilin martında sanksiya siyahısına daxil edilib. Rusiyalı Marina Tsareva 2018-ci ilin avqustunda kibercinayətkarlıqla bağlı sanksiya siyahısına daxil edilib. Amerika departamentinin bu şəxslərə qarşı sanksiyaları aradan qaldırmasının səbəbi açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora