Rusiyanın “Yandeks” şirkəti noyabr ayında özünün “Media üçün Yandeks” adlı informasiya agentliyini açır. İKT.lent.az-ın “Vedomosti”yə istinadən xəbərinə görə, burada materialları jurnalistlər deyil, avtomatik alqoritmlər hazırlayacaq.
İlkin mərhələdə agentlik yollardakı vəziyyətlə, hava durumu və axtarış şəbəkəsində böyük marağa səbəb olan məlumatları işıqlandıracaq. Sonradan mövzuların sırası genişləndiriləcək.Layihənin rəhbəri Mariya Petrova bildirib ki, agentliyin məlumatları kütləvi informasiya vasitələri üçün pulsuz olacaq.
Xidmət artıq bir neçə redaksiyaya fərdi şəkildə təqdim olunur. Bunların arasında “İnterfax” informasiya agentliyi də var.