Şolts və Berboka cəbhəyə getməyi təklif etdilər

Şolts və Berboka cəbhəyə getməyi təklif etdilər backend

Almaniya kansleri Olaf Şolts və ölkənin xarici işlər naziri Annalena Barbok Ukrayna cəbhəsinə özləri getməlidirlər.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel deyib. Onun sözləri fraksiyanın “YouTube” kanalında sitat gətirilib.

“Aydın deyirik: əgər bu həvəskarlar dəstəsi müharibə istəyirsə, o zaman məsuliyyəti öz üzərlərinə götürüb Ukrayna cəbhəsinə getməlidirlər”, - Alis Vaydel deyib.

Daha sonra o, Barbok, Şolts, əmək naziri Hubertus Heil və Bundestaqdakı Avropa Komitəsinin sədri Anton Hofrayteri həmin siyahıya salıb.

"Hamı Ukraynaya getsin!" - Veydel qeyd edib.

Onun sözlərinə görə, Almaniyada hərbi xidmətə yararlı olan bütün ukraynalılar da Ukraynaya göndərilməlidir.

QAZİLER.AZ

Diaspora