HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə radikal qruplaşma ilə İsrail arasında aparılan danışıqlarda vasitəçilərə xəbərdarlıq edib. O bildirib ki, SAXAL-ın Qəzza zolağındakı hərəkətləri atəşkəs müzakirələri zamanı əldə edilən nailiyyətləri puça çıxara bilər.
Qaziler.az xəbər verir ki, bu barədə TASS qrupun sosial şəbəkələrinə istinadən yazır.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə vasitəçilər ilə təcili telefon danışıqları aparıb və onlara İsrailin Qəzzada indiki hərəkətlərinin məsləhətləşmələri başlanğıc nöqtəsinə qaytara biləcəyi barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilir.
Haniyə danışıqların mümkün pozulmasında İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin anklavında hərbi əməliyyatları davam etdirən yəhudi dövlətinin ordusunu günahlandırıb.
QAZİLER.AZ