Almaniyada Ukrayna üçün yeni komandanlıq yaradılacaq

Almaniyada Ukrayna üçün yeni komandanlıq yaradılacaq backend

Şimali Atlantika Alyansının (NATO) üzvləri Ukraynanı təchiz etmək və  təlim keçmək üçün Almaniyada yeni komandanlıq elan edəcəklər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Amerika prezidentinin xüsusi köməkçisi və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.

Karpenter brifinqdə deyib ki, sammitdə müttəfiqlər Ukraynanı dəstəkləmək üçün yeni tədbirlər - Almaniyada NATO-nun yeni hərbi komandanlığının yaradılmasını elan edəcəklər.

O vurğulayıb ki, müttəfiqlər 2025-ci ildə hava hücumundan müdafiə sistemlərini gücləndirmək və 40 milyard dollar məbləğində maliyyə yardımı göstərməklə bağlı Ukraynaya öhdəliklər verəcəklər.

QAZİLER.AZ

Diaspora