Keyt Middlton övladlarını qeyri-adi şəkildə paparazilərdən qoruyur

Keyt Middlton övladlarını qeyri-adi şəkildə paparazilərdən qoruyur backend

Uels şahzadəsi Keyt Middlton övladlarını paparazilərin diqqətindən qorumaq üçün qeyri-adi üsul tapıb.

Qaziler.az bildirir ki, bu barədə “Mirror” yazır.

Middleton haqqında sənədli film çəkən jurnalist Afua Haqan açıqlayıb ki, Middlton özü Lui, Corc və şahzadə Şarlottanın şəkillərini çəkib rəsmi hesabında yerləşdirmək qərarına gəlib.

“Uels şahzadəsi kim olduğunu və hansı vəziyyətdə yaşadığını başa düşür. İnsanların ailəsinə, xüsusən də övladlarına olan marağını, onların necə böyüdüyünü görmək istədiklərini də anlayır. Ona görə də o, başa düşür ki, bu fotoşəkillər mətbuata lazımdır”, - deyə jurnalist izah edib.

Haqanın sözlərinə görə, Middlton "mətbuatın Şahzadə Uilyamın həyatına vurduğu zərərə şahid olub və varislərini ictimai diqqətdən qorumaq qərarı alıb. Beləliklə, Uels şahzadəsi kral ailəsinin fotoqrafı kimi fəaliyyətə başlayıb və uşaqlarını yad insanlara poza vermək narahatlığından azad edib.

QAZİLER.AZ

Diaspora