"Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olması onun üzvlərindən siyasi iradə tələb edir, hazırda bu iradə yoxdur".
Qaziler.az “RİA-Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.
“NATO Komandanlığı Ukraynanın siyasi iradəsi ortaya çıxdığı zaman Alyansa üzvlüyünə körpü olacaq təhlükəsizlik yardımı və qüvvələrin inkişafı vasitəsilə hərbi təlim, koordinasiya və logistika sahəsində Ukraynaya dəstək verməkdən məsuldur”, - deyə Karpenter bildirib.
QAZİLER.AZ