Tayvanda deputatlar qanuna dəyişikliklərə görə rezin toyuqla dava ediblər - VİDEO

Tayvanda deputatlar qanuna dəyişikliklərə görə rezin toyuqla dava ediblər - VİDEO backend

Tayvanda qanunvericilər bazar ertəsi, iyulun 8-də seçki qanununa düzəlişlər və hökumət məmurlarının geri çağırılması ilə bağlı fikir ayrılıqları üstündə dava ediblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, görüntülərdə deputatlardan birinin əlində sarı rezin toyuq görünür.

Qeyd olunur ki, Demokratik Tərəqqi Partiyasından (DTP) olan qanunvericilər düzəlişlərə baxılmasının qarşısını almaq üçün iclas otağına soxulub tribunanı ələ keçiriblər. Nəticədə şifahi mübahisə davaya çevrilib.

Dava zamanı bir neçə nəfər yaralanıb, xüsusən də DPP-nin deputatı Lin Çuninq üzünə bir neçə sillə zərbəsi alıb.

QAZİLER.AZ

 

 

Diaspora