Rusiya Ukraynaya 40-dan çox raket atıb - Zelenski

Rusiya Ukraynaya 40-dan çox raket atıb -  Zelenski backend

"İyulun 8-də səhər hücumları zamanı rusiyalı terrorçular Ukraynaya müxtəlif tipli 40-dan çox raket buraxıblar".

Bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram kanalına istinadən məlumat yayıb.

Zelenskinin dediyi kimi, terrorçular kütləvi şəkildə bu ərazilərə hücum ediblər:

Kiyev;
Dnepr;
Krivoy Roq;
Slavyansk;
Kramatorsk

Ümumilikdə düşmən 40-dan çox müxtəlif tipli raketlərdən istifadə edib. Hücum nəticəsində yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib. 

"Və bütün dünya Rusiyanın hücumlarına nəhayət son qoymaq üçün bütün əzmindən istifadə etməlidir. Məsuliyyət Putinin üzərinə düşür. Yalnız birlikdə biz əsl sülh və təhlükəsizliyə nail ola bilərik", - o əlavə edib. 

QAZİLER.AZ

Diaspora