NATO Rusiyanın hücumundan müdafiə üçün 50-yə qədər briqada yaratmağı planlaşdırır - Reuters

NATO Rusiyanın hücumundan müdafiə üçün 50-yə qədər briqada yaratmağı planlaşdırır -  Reuters backend

Rusiyanın hücumundan müdafiə üçün yeni planlarını tam şəkildə həyata keçirmək üçün NATO-nun 35-50 əlavə briqadaya ehtiyacı olacaq.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters” xəbər verir.

Agentliyin adının açıqlanmasını istəməyən mənbəsi məxfi olan planlar barədə hər hansı təfərrüat verməkdən imtina edib.

Onun sözlərinə görə, briqada 3000-7000 əsgərdən ibarətdir, ona görə də daha 35-50 belə bölmənin yaradılması ciddi problem ola bilər..

Qeyd olunur ki, NATO liderlərinin bu həftə Vaşinqtonda keçiriləcək transatlantik təhlükəsizlik alyansının 75-ci ildönümünə həsr olunmuş sammitdə planlarla bağlı yenilikləri alacağı gözlənilir.

QAZİLER.AZ

Diaspora