Qədim Roma dövründən qalma kanalizasiyada yunan tanrılarından birinin təsvir olunduğu ehtimal edilən heykəl aşkar edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica antik şəhərində qazıntı aparan arxeoloqlar bu həftə mərmər heykəl tapıblar. Yaxşı qorunan heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesiin təsviri olduğu güman edilir.
Bugünkü Bolqarıstanda, Yunanıstan sərhədinə yaxın olan Heraklea Sintica Makedoniya kralı II Filip tərəfindən eramızdan əvvəl 356-339-cu illər arasında Filip tərəfindən qurulub.
Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində böyük ölçüdə dağılıb. Təbii fəlakətdən sonra sürətlə dağılan Heraklea Sintica eramızdan əvvəl 500-cü ildə tamamilə tərk edilib.
Yeni qazıntıları aparan qrup, təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra kanalizasiyaya qoyularaq üstünün torpaqla örtülməsi ilə çox yaxşı qorunduğunu düşünür.
Digər tərəfdən, heykəlin kanalizasiyaya qoyulması köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh edilə bilər.
Arxeoloqlar hesab edirlər ki, mərmər heykəl həm Heraclea Sintica, həm də Bolqarıstanda tapılmış ən yaxşı qorunan qədim heykəllərdən biridir.
QAZİLER.AZ