Almaniyada antiislam etirazları səngimir. APA TV-nin məlumatına görə, bu dəfə analoji aksiya Türingiya vilayətinin Zülle şəhərində olub. Olaylar müsəlmanların müqəddəs kitabı Quranın ayaqyolunda cırılmasından sonra daha da radikal xarakter alıb. Suriyalı müsəlmanlar bu hadisəni törədən şəxsi cəzalandırmaq istəyib. Şəhər polisi buna mane olsa da, onların gəlişinə qədər islam tərəfdarları ona ağır bədən xəsarətləri yetirib.
Kölndə isə polis "Almaniya almanlar üçündür!" şüarı ilə küçələrə çıxan millətçilərə qarşı su şığnaqlarından istifadə edib. Polisin əmrinə tabe olmayan millətçilər həbs olunaraq, fiziki zorakılığa məruz qalıb.Qeyd edək ki, Avropanın islamlaşdırılmasına qarşı 350 nəfərin iştirak etdiyi ilk etiraz aksiyası Drezdendə keçirilib. PEGIDA-nın islam əleyhinə təşkil etdiyi etiraz yürüşündə 15 min nəfər iştirak edib. Onların əsas siyasi tələbi Angela Merkelin istefasıdır. Ölkə əhalisinin artıq 1/3 hissəsi bu tələbi dəstəkləyir.