Rusiya və İran hərbçiləri İraqa girir - RAZILAŞMA - VİDEO

Rusiya və İran hərbçiləri İraqa girir - RAZILAŞMA -  VİDEO backend

İraq parlamenti Suriyadan bu ölkənin ərazisinə sığınan İŞİD silahlılarına qarşı Rusiya təyyarələrinin havadan zərbələr endirməsinə icazə verib.

APA TV-nin məlumatına görə, İŞİD hədəflərinə qarşı hərbi əməliyyatlar məsələsində Rusiya tərəfi ilə razılığa gəlindiyi açıqlanıb.

Əldə olunan razılıq sayəsində Suriya və İraq ərazisində döyüşən İŞİD-çilərə ağır zərbə endirilməsi və onlara İraqdan dəstək verilməsinin qarşısının alınması planlaşdırılır. Öz növbəsində Suriya və İran da aparılan əməliyyatlara kəşfiyyat dəstəyi verəcəklər.

Qeyd edək ki, hələ bir müddət öncə İraqın baş naziri Haydar Abadi Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarda uğur qazanacağı təqdirdə, bənzər əməliyyatların İraq ərazisində də həyata keçirilməsindən məmnun olacaqlarını açıqlayıb.

Bir müddət öncə Birləşmiş Ştatlar Bağdadın Rusiyadan dəstək istəyəcəyi təqdirdə, Moskva ilə Vaşinqton arasında seçim etməli olduğunu açıqlayıb.



Diaspora