ABŞ Prezidenti Co Bayden administrasiyası gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüş üzərində işləyir.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi məlumat verib.
Ehtimallara görə, danışıqlar NATO-nun Vaşinqtonda keçiriləcək sammiti çərçivəsində baş tuta bilər.
Ağ Evin yüksək rütbəli rəsmisi deyib ki, Bayden iyulun 9-da alyansın 75-ci ildönümü ilə bağlı tədbir çərçivəsində NATO liderləri ilə görüşəcək. İyulun 10-da keçiriləcək sammitdə o, İsveçi yeni NATO üzvü kimi qarşılayacaq və həmin axşam Ağ Evdə birgə şam yeməyi planlaşdırılır.