Gürcüstanda marixuana leqallaşdırıldı - QƏRAR

Gürcüstanda marixuana leqallaşdırıldı - QƏRAR backend

Gürcüstan Konstitusiya Məhkəməsi marixuana istifadəsinə dair tarixi hökm çıxarıb. Lent.az-ın agenda.ge saytına istinadən məlumatına görə, gürcüstanlılar Konstitusiya Məhkəməsinin çıxardığı yeni qərarından sonra marixuana istifadəsinə görə həbs olunmayacaq.

Gürcüstanda narkotik istifadəsinə dair qanuna əsasən, üzərində 50 qramdan 500 qramadək narkotik maddə tapılan şəxs 7 ildən 14 ilə qədər həbs olunmalıdır. Bu səbəbdən Konstitusiya Məhkəməsi həbs cəzasının narkotik maddəni özü istifadə edənlərə qarşı olduqca sərt olduğunu müzakirəyə çıxarıb.

Məhkəmənin yeni qərarına uyğun olaraq, narkotik maddə ilə saxlanılan şəxsin bu maddədən şəxsi və ya satış məqsədi ilə istifadə etdiyi müəyyənləşdirilməlidir. Əgər narkotik maddə şəxsi məqsədlə istifadə edilirsə, həmin adam həbs olunmayacaq.

Diaspora