Çinlilərdən bir ilk: Süni insan beyni ilə robot hazırlayacaqlar

Çinlilərdən bir ilk: Süni insan beyni ilə robot hazırlayacaqlar backend

Çin alimləri laboratoriyada yetişdirilən süni insan beyni ilə təchiz olunmuş robota doğru böyük addım atıblar.

QAZÌLER.AZ  Lent.az-a istinaden xəbər verir ki, texnologiya baxımından son vaxtlar Çindən gələn xəbərlər insanı həyəcanlandırmaya bilmir.

Belə ki, Tianjin Universiteti və Cənub Elm və Texnologiya Universitetinin komandaları robotlara maneələrdən qaçmağı və obyektləri tutmağı öyrədən texnologiya hazırlayıblar. Texnologiya laboratoriyada yetişdirilmiş beyini sinir interfeysli çip ilə birləşdirəcək.

Bu sistem İlon Maskın Neuralink şirkəti sayəsində son illərdə böyük diqqət çəkən BCI (beyin-kompüter interfeysi) texnologiyasına əsaslanır.

Tədqiqatçıların fikrincə, hazırlanmış yeni texnologiya dünyada ilk açıq mənbəli beyin-çipdən istifadə edən intellektual sistemi.

Sintetik beyin hüceyrələri robotun sinir interfeysinə qoşularaq sinir toxuması ilə robotun sistemləri arasında əlaqə yaradacaq.

Diaspora