“Boeing”in ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki kosmonavtını daşıyan “Starliner” kosmik gəmisinin Yerə qayıtma tarixi neçənci dəfədir təxirə salınır.
QAZÌLER.AZ Lent.az-a istinaden xəbər verir ki, NASA 1 aydır kosmik stansiyadan geri dönə bilməyən kosmonavtlar üçün xilasetmə missiyası təşkil etməyə çalışır.
İyunun 5-də Yer kürəsini tərk edən “Starliner” gəmisi və onun heyətinin qayıdış tarixi bu yaxınlarda yenidən təxirə salınıb.
İyunun əvvəlində kosmosa çatan “Starliner” komandasının üzvləri Butç Vilmor və Suni Villiams, bir müddət daha kosmik stansiyasında qalmağa davam edəcəklər.
Qeyd edək ki, kosmonavtların səkkiz günə Yerə qayıtması nəzərdə tutulurdu, lakin itələyici sistemlərdəki problemləri və helium sızması gecikmələrə səbəb olub.
NASA və “Boeing” isə narahatlığa səbəb olacaq bir şeyin olmadığını və kosmonavtların öz missiyaları ilə məşğul olmağa davam etdiklərini deyir.